Avroliqada həftənin ən yaxşısı məlum oldu

Sayta qoyulub: 19:15 11.03.2016 (78 dəfə oxunub)

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

 

UEFA-nın  yaydığı xəbərə görə, "Fənərbaxça"nın yarımmüdafiəçisi Mehmet Topal ən yaxşı oyunçu seçilib. O, qitənin ali futbol qurumunun saytında  keçirilən səsvermedə azarkeşlərdən 94 faiz səs toplayıb.

 

Qeyd edək ki, M.Topal Avropa Liqasının 1/8 finalında "Braqa"ya qarşı matçda komandasının qələbə qolunu vurub.

 

 

 

Avroliqada həftənin ən yaxşısı məlum oldu

 

 

qol.az

XƏBƏR LENTİ