UEFA-nın baş katibi "Xəzər-Lənkəran" rəsmisi ilə görüşdü

Sayta qoyulub: 21:54 11.03.2016 (106 dəfə oxunub)

Bugün AFFA-nın Hesabat-Seçki Konfransı çərçivəsində "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov və UEFA-nın baş katibi Teodor Teodoris arasında təkbətək görüş keçirilib. Görüş zamanı qitə futbol qurumunun rəsmisinə "Xəzər Lənkəran" haqqında ətraflı informasiya verilib. Klubun tarixi, infrastrukturu, fəaliyyəti, eləcə də akademiyanın nailiyyətləri barədə qonaq ətraflı məlumatlandırılıb. Cənab Teodoris Azərbaycana növbəti səfəri çərçivəsində Lənkərana gedəcəyini bildirib.

XƏBƏR LENTİ