Mehman Allahverdiyev: "Gəncə şəhər stadionunun qazonu ideal vəziyyətdə olacaq"

Sayta qoyulub: 17:03 12.03.2016 (56 dəfə oxunub)

"Kəpəz"in icraçı direktoru Mehman Allahverdiyev bəyan edib ki, Gəncə şəhər stadionunun qazonu yeniləcək. O, bunları söyləyib:

"Stadionun yenidən təmir olunmasına biz cavabdeh deyilik. Arena gənclər və idman nazirliyinin balansındadır. Bu işlə də onlar məşğul olacaqlar. Amma qazonla bağlı onu deyə bilərəm ki, o, artıq yaxşı vəziyyətdədir. Tezliklə qazon daha da ideal vəziyyətdə olacaq. Ona görə çətin ki, bundan sonra kimsə arenamızın qazonundan narazı olsun".

XƏBƏR LENTİ