Luis Enrike:"Del Boskenin yerinə olsaydım , Robertonu Avropa çempionatına aparardım"

Sayta qoyulub: 10:10 13.03.2016 (223 dəfə oxunub)

Barselonanın baş məşqçisi Luis Enrike yetirməsi Serji Robertonun İspaniya milli komandasında oynamağa layiq olduğunu qeyd edib.

 

«Əgər mən millinin baş məşqçisi olsaydım , Robertonu Avropa çempionatına aparardım. Bu futbolçuda lazım olan bütün keyfiyyətlər var.

 

O , komandamızın vacib futbolçularındandır.Həm etibarlı , həm də universaldır. Bir neçə mövqedə oynamağa qadırdır.

 

Ona etibar etmək olar», — deyə Luis Enrike bildirib.

 

Luis Enrike:"Del Boskenin yerinə olsaydım , Robertonu Avropa çempionatına aparardım"

XƏBƏR LENTİ