Robert Prosineçki: Niko Kovaçla mütləq Emil Balayev barədə söhbət edəcəyəm

Sayta qoyulub: 10:19 13.03.2016 (179 dəfə oxunub)

Azərbaycan yığmasının baş məşqçisi həmyerlisi Niko Kovaçın Almaniyanın "Ayntraxt" klubuna baş məşqçi təyin olunmasına münasibət bildirib. Xorvatiyalı mütəxəssis yaxın dostunun Azərbaycan millisinin qapıçısı Emil Balayevin klubuna keçidini belə şərh edib:

 

"O, vəzifəsinin icrasına yenicə başlayıb. İndi onunla Balayevdən danışmaq heç də münasib vaxt deyil. Üstəlik, Kovaçın komandası hazırda heç də yaxşı günlərini yaşamır. Ona öncə komandanın problemlərini həll etmək lazımdır. Amma biz mütləq bu barədə söhbət edəcəyik".

 

 

Robert Prosineçki: Niko Kovaçla mütləq Emil Balayev barədə söhbət edəcəyəm

Azerisport.az 

XƏBƏR LENTİ