Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Rəsul Çunayev dünya reytinqində birincidir

Sayta qoyulub: 11:19 09.04.2016 (337 dəfə oxunub)

Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan Güləş Federasiyasının saytının yaydığı xəbərə görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Son Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, gümüş medalçı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də 5-ci yerdə qərarlaşan Rafiq Hüseynov olub. 

Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Elvin Mürsəliyev 8-ci, Saman Təhmasibi 6-cı, Sabah Şəriəti isə 10-cu sıradadır. 

59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)

66 kq
9. Həsən Əliyev - Avropa çempionatı 3-cü yer (71 kq) (9)

71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq
8. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü yer (6)

80 kq 
5. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (5)

85 kq
6. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (5)
20. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13)

98 kq
15. Orxan Nuriyev - Avropa çempionatı 5-ci yer (nr)

130 kq
10. Sabah Şəriəti - Qızıl Qran Pri 1-ci yer (4)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat