Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

3 boksçumuzdan uğurlu çıxış

Sayta qoyulub: 14:56 12.04.2016 (226 dəfə oxunub)

Türkiyənin Samsun şəhərində boks üzrə Rio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış davam edir. Turnirin 3-cü günündə rinqə 4 həmyerlimiz çıxıb. Qadınların yarışında 60 kq çəki dərəcəsində mübarizə aparan Yana Alekseyevna türkiyəli rəqibi Gülsüm Tatarı məğlub edərək növbəti mərhələyə adlayıb. Digər qadın boksçumuz, 75 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vstropova da türkiyəli boksçu ilə qarşılaşıb. Gərgin keçən döyüşdə Sema Çalışkan qələbə qazanıb.

Kişi boksçularımıza gəlincə, 64 kq çəki dərəcəsində döyüşən, Avropa Oyunlarının qalibi Lorenso Sotomayor irlandiyalı Din Volşla görüşdən qalib ayrılaraq növbəti mərhələyə adlayıb. Ən ağır çəkidə mübarizə aparan ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov da irland boksçu ilə qarşılaşıb. Məcidov bu görüşdə qalib gələrək növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, qalib gələn idmançılarımız 1/4 finala yüksəlib. Xatırladaq ki, yarış aprelin 17-də yekunlaşacaq.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat