Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Yeniyetmə cüdoçularımız Avropa kubokuna sahib oldular

Sayta qoyulub: 06:55 18.04.2016 (135 dəfə oxunub)

Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub. Azərbaycan milli komandası aktivinə daha 1 medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Paşa Əliyev Almaniya, Polşa, Avstriya, Ukrayna və Hollandiya cüdoçularını məğlub edərək finala yüksəlib. Lakin həlledici qarşılaşmada sloveniyalı Nik Janusa uduzan Paşayev gümüş medalla kifayətlənib.

Xatırladaq ki, yarışın ilk günü cüdoçularımız 9 medal qazanıb. Fərid Qəzənfərov (50 kq) Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq) və Şəfəq Həmidova (44 kq) qızıl, Elçin Hüseynov (60 kq) gümüş, Rəşxan Baxşəliyev, Rəşad Yelkiyev (hər ikisi 50 kq), Yaqub Cavadov (60 kq) və Vüsalə Kərimova (40 kq) isə mötəbər türnirin bürünc medallarına sahib olublar.

Bununla da, Azərbaycan millisi 10 medal qazanaraq komanda hesabında Avropa Kubokunu birinciliklə başa vurub.

Qeyd edək ki, 29 ölkədən 736 idmançının qatıldığı Avropa Kubokunda millimiz 26 cüdoçu (20 oğlan, 6 qız) ilə təmsil olunub.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat