Atletimiz Avropa çempionatının yarımfinalına çıxdı

Sayta qoyulub: 13:10 27.06.2012 (320 dəfə oxunub)

Bu gün Finlandiyada yüngül atletika üzrə Avropa çempionatına start verilib. Yarışın ilk günündə azərbaycanlı idmançılardan öncə sprinter Ruslan Abbasov öz qüvvəsini sınayıb.
1/4 finalda o, 100 metrlik məsafəni 10,58 saniyəyə dəf etməyi bacarıb. Bu göstərici isə idmançımızın qitə birinciliyində yarımfinala çıxması üçün yetərli olub.
Qeyd edək ki, digər atletlərimizdən Hakim İbrahimovu 400 metr, Hayle İbrahimovu isə 5000 metr məsafəyə qaçış gözləyir.
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ