Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Cüdoçuların yeni reytinq cədvəli açıqlandı

Sayta qoyulub: 12:17 17.05.2016 (198 dəfə oxunub)

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Qazaxıstanın Almatı şəhərində keçirilən Qran-prinin yekununa əsasən tərtib olunan siyahıda yığmamızın 5 aparıcı idmançısı irəliləyib.

Belə ki, analoji yarışın qalibi olan Elxan Məmmədov (100 kq) yenidən “20-liyə” qayıdıb. 4 rəqibini qabaqlayan dünya çempionumuz 17-ci yerə yüksəlib. Finalda məğlubiyyət acısı yaşayan Uşanqi Kokauri (+100 kq), Qran-prini 3-cü pillədə başa vuran Məmmədəli Mehdiyev (90 kq), həmçinin öz çəkilərində liderlərdən olan Tərlan Kərimovla (66 kq) Aişə Qurbanlı (48 kq) da irəliləyənlər sırasındadı. Onlar müvafiq olaraq, 26-cı (+5), 24-cü (+2), 35-ci (+7) və 41-ci (+4) yerə qalxıblar.

Peter Zayzenbaherin yetirmələrindən Elmar Qasımovun (100 kq) 1-ci pillədəki mövqeyi dəyişməz qalıb. Onun komanda yoldaşı İlqar Müşkiyev (60 kq) yenə də 14-cüdü.

 Bu cüdoçularla müqayisədə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Abdulhaqq Rəsullu (81 kq) geriləyiblər. Onlar müvafiq olaraq, 6-cı, 12-ci, 2-ci və 62-ci yerə eniblər.

 Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat