Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Taekvondoçumuz Avropa çempionu oldu

Sayta qoyulub: 09:05 22.05.2016 (195 dəfə oxunub)

Taekvondoçumuz Avropa çempionu oldu

İsveçrənin Montrö şəhərində böyüklər arasında taekvondo üzrə Avropa çempionatı keçirilir. Yarışın üçüncü günündə mübarizəyə milli komandamızın daha 6 üzvü qoşulub. Ən uğurlu nəticəni -80 kq çəki dərəcəsində Milad Beigi Hərçəqani əldə edib. Belə ki, ilk mərhələdən azad olan Milad, rəqibləri serbiyalı İvan Karajloviçə (13-0), ardından isə güclü rəqibi böyük britaniyalı Lutalo Məhəmmədə (13-1) heç bir şans buraxmayaraq yarımfinala vəsiqə qazanıb. Finala gedən yoldan Piotr Pazinskini (16-4) də kənarlaşdıran həmyerlimiz həlledici görüşdə türkiyəli idmançı Yunus Sarı ilə qarşılaşıb. Həlledici döyüşdən də qalib (5-0) ayrılan Milad adını Avropa çempionatının fəxri kürsüsünün ən yüksək pilləsinə yazdırıb.


Millinin digər üzvlərindən -74 kq çəki dərəcəsində mübarizəyə qoşulan Namaz Heydərov norveçli Con Aspa 7-5 hesabı ilə qalib gəlsə də, növbəti rəqibi Nikolas Carten (Belçika) keçilməz olub. Bu çəkidə döyüşən Səid Quliyevin Klaudio Trevisio (İtaliya) ilə qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Döyüşün əsas və əlavə vaxtında qalib müəyyən edilməyib. Qaydalara əsasən elektron jiletin verdiyi üstünlüyə görə İtalya təmsilçisi qalib elan edilib.


-80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ramin Əzizov da çempionata qələbə ilə başlasa da, ikinçi döyüşündə məğlub olub. Belə ki, Əzizov David Saykonu 10-1 hesabı ilə məğlub etsə də, Lutalo Məhəmmədə (0-5) məğlub olub.


Qadın taekvondoçularımızdan Yapraq Eriş (-62 kq) Darya Yakovleva (UKR) (10-5) və Joyce Baaren Vanı (Ned) məğlub etsə də, türkiyəlı İrem Yamana (0-8) yenilərək çempionatı başa vurub. -67 kq çəki dərəcəsində Nadja Savnovici məğlub edən Fəridə Əzizova, növbəti rəqibi Nur Tatara (Türkiyə) yenilərək yarışla vidalaşıb.


Çempionatın son günü iki dayanq ustamız - Payam Qubadi Oğaz (-87 kq) və Radik İsayev (+87) medallar uğrunda mübarizə aparacaq.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat