Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Avropa çempionatının ilk günündə 2 medal

Sayta qoyulub: 06:43 22.06.2016 (268 dəfə oxunub)

Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb. Çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.

50 kq çəkidə yarışan Azər Nəsibli mübarizəyə 1/4 final mərhələsindən qoşulub. İlk olaraq macar rəqibini tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinalda Belarus təmsilçisi ilə görüşdən də qalib ayrılıb. Finala yüksələn Azərin son görüşdə rəqibi Gürcüstan idmançısı olub. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb. Azər Nəsibli çempionatın gümüş medalına sahib olub.

60 kq çəkidə mübarizə aparan Mikayıl Rəhmanov ilk olaraq Almaniya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüşü minimal üstünlüklə qalib tamamlayan pəhləvanımız ardınca Rumıniya təmsilçisini də mübarizədən kənarlaşdırıb. Yarımfinald Bolqarıstan idmançısına qalib gələn Mikayıl finala yüksəlib. Həlledici görüşdə pəhləvanımız Gürcüstan təmsilçisinə vaxtından əvvəl qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb. 

50 kq
1/4 final - Azər Nəsibli - Csaba Horvath (HUN) 0:8 (tuşe)
1/2 final - Artsem Belausau (BLR) - Azər Nəsibli 0:8
FİNAL - Azər Nəsibli - Nugzari Tsurtsumia (GEO) 8:10

60 kq
1/8 final - Mikayıl Rəhmanov - Etienne Kinsinger (GER) 1:0
1/4 final - Mikayıl Rəhmanov - Aleksandru Solomon (ROM) 11:0
1/2 final - Mikayıl Rəhmanov - Nestar Nedkov (BUL) 7:1
FİNAL - Mikayıl Rəhmanov - Levani Kavjaradze (GEO) 11:2

74 kq
1/16 final - Mehrac Kərimov - Serkan Akkoyun (TUR) 1:3

96 kq
1/16 final - Martinas Nemsevicius (LTU) - Soslan Fanziyev 7:6

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat