Azərbaycanlı boksçu Avropa çempionu oldu

Sayta qoyulub: 09:09 01.07.2012 (226 dəfə oxunub)

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub. Azərbaycanlı boksçular yekunda 1 qızıl, 4 bürünc medal qazanıblar.

Belə ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə finalda rusiyalı Arkadi Plemeniçenko ilə üz-üzə gəlib. Bu rəqibini də məğlub etməyi bacaran təmsilçimiz baş mükafata sahib çıxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan Elnur Şəfizadə, eləcə də Orxan Əliyev (80 kq), Cavid Quliyev (60 kq) və Məhəmmədəli Tahirov (80+) isə bürünc medallarla kifayətlənməli olublar.

XƏBƏR LENTİ