Samboçular dünya kubokunda iştirak edəcək

Sayta qoyulub: 14:43 15.03.2012 (358 dəfə oxunub)

Sambo üzrə milli komandamız martın 25-i və 26-da Moskvada dünya kubokunda mübarizə aparacaq. Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş yarışda 20 ölkədən 250-yə yaxın samboçunun iştirakı planlaşdırılır. Qeyd edək ki, Xarlampiyevin xatirə turniri bu il təşkil olunacaq dünya kubokunun 4 mərhələ yarışlarından biridir ki, həmin turnirlərin də yekununa görə ilin ən yaxşı qadın və kişi samboçuları müəyyənləşəcək və həmin idmançıları kubok, medallarla yanaşı xüsusi pul mükafatları da veriləcək.

 


XƏBƏR LENTİ