Titullu voleybolçu Azərbaycanı tərk etdi

Sayta qoyulub: 07:33 16.07.2012 (249 dəfə oxunub)

Yeni mövsüm üçün hələ bir voleybolçu transfer etməyən “Bakı” daha bir oyunçusunu itirib. 

Son mövsümündə paytaxt eyni adlı təmsilçisi ilə “Çelenc Cup”ın gümüş, Super Liqanın bürünc medalını qazanan Reqan Hud da Azərbaycanı tərk edib. Belə ki, “Bakı”nın voleybolçu ilə müqaviləsini təzələməməsi Hudun özünə yeni klub tapmasına səbəb olub. Amerikalı legionerRumıniyanın “Dinamo-Romprest” komandası ilə anlaşaraq, buxarestlilərlə 1 illik müqaviləyə imza atıb. Qeyd edək ki, Huddan öncə İtaliya millisinin üzvü Rafaella Kalloni, onun həmyerlisi, məşqçi Marko Qaspar, Hollandiya millisinin voleybolçusu Quinta Stenbergen və braziliyalı Renata Kolombo “Bakı” ilə vidalaşmışdı. Onlardan ilk ikisi vətənlərində “Konegliano”, üçüncüsü Almaniyanın “Şviriner”, sonuncusu isə Braziliyanın “Sao Bernardo” klubuna transfer olunub. 

XƏBƏR LENTİ