Yığmamız Avropa Kubokundan iki medalla qayıdır

Sayta qoyulub: 12:22 16.07.2012 (278 dəfə oxunub)

Türkiyənin İstanbul şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku yarışları keçirilib. Azerisport.az xəbər verir ki, yarışda yığma komandanın məşqçiləri Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında 19 cüdoçu birincilik uğrunda mübarizə aparıb.

Bütün rəqiblərinə qalib gələn Nicat Şıxəlizadə (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rüstəm Alimli (81 kq) isə yarışın bürünc medalını qazanıb.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ