“Asiya Uşaqları” xalça üzərində

Sayta qoyulub: 14:32 16.07.2012 (341 dəfə oxunub)

Saxanın (Yakutiya) paytaxtı Yakutskda keçirilən “Asiyanın uşaqları” 5-ci beynəlxalq idman oyunlarında Azərbaycan sərbəst güləş komandası yaxşı nəticələr əldə etmişdir. Belə ki, məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin başçılığı ilə güləşçilərimiz müxtəlif nominasiyalarda səkkiz medal qazanıblar.

Mahir Əmiraslanov (46 kq), yeniyetmə güləşçilər arasında dünya birinciliyinin iştirakçısı Vurğun Əliyev (50 kq) və Loğman Ağayev (58 kq) qızıl medal qazanmışlar. Şahin Muxtarov (32 kq), Elvin Xıdırov (63 kq) və Turxan Qut\rbanov (76 kq) gümüş medallara sahib olmuşlar. Bürünc medalları komandamıza Murad Süleymanov (54 kq) və Ruslan Aslanov (69 kq) qazandırmışlar.

Beynəlxalq dərəcəli hakim Elman İsmayılov “Asiyanın uşaqları” oyunlarının keçirildiyi turnirdə sağlam rəqabətin hökm sürdüyünü qeyd etmişdir. O, eyni zamanda yaxşı texniki göstərici nümayiş etdirən respublika çempionu Vurğun Əliyevin göstəricilərini də fərqləndirmişdir.

XƏBƏR LENTİ