Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

İslam Oyunları-2017: Karate millimizin heyəti açıqlandı

Sayta qoyulub: 16:18 12.05.2017 (300 dəfə oxunub)

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək karate üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

“Report”un Milli Karate Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan idmançıları İslamiadada baş məşqçi əvəzi Rəhman Hətəmov, böyük məşqçilər Şahin Xudaverdiyev, Seymur Hüseynov və Rəşad Hüseynov rəhbərliyi altında çıxış edəcəklər.

Kumite yarışlarında ümumilikdə 10 karateçi mükafatçılar sırasına düşməyə çalışacaq. Kişilərin mübarizəsinə kişilərdən Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84) və Asiman Qurbanlı (+84), qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68) və Fəridə Əliyeva (+68) qatılacaq. Kata yarışlarında isə Azərbaycanı Roman Heydərov və Neda Rezai təmsil edəcək.

İslamiadada Azərbaycanın 3 beynəlxalq dərəcəli hakimi - Cahangir Babayev, Yusif Məmmədov və Vüqar Kərimov iş başında olacaq. 

Qeyd edək ki, karate yarışları 13-14 mayda keçiriləcək. İlk yarış günündə Firdovsi Fərzəliyev, Niyazi Əliyev, Rafael Ağayev, Nuranə Əliyeva, İlahə Qasımova və Fəridə Abiyeva çıxış edəcəklər. 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat