Avropa çempionatının ilk günündə 5 medal

Sayta qoyulub: 14:17 18.07.2012 (224 dəfə oxunub)

Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edirlər.Proqrama əsasən, yarışın ilk günü sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Ruslan Surxayev (50 kq) qızıl medal qazanıb.

 

Coşqun Məmmədov (42 kq), Cahid Həsənzadə (58 kq), Çermen Baqayev (85 kq) gümüş, Şamil Sadullayev (69 kq) isə bürünc medala sahib olublar.

XƏBƏR LENTİ