Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb

Sayta qoyulub: 14:08 23.05.2017 (95 dəfə oxunub)

İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb

 
 
 
 


 

 

 

 

 

 

 

“Bu pulların Ruslanı korlayacağından qorxuram”

İslamiadada ən çox diqqət mərkəzində olan idmançılardan biri də Ruslan Lunyov oldu. Bu vaxta kimi böyük yarışlarda uğur qazanmayan güllə atıcısı Bakıda keçirilən turnirdə 5 qızıl medal qazandı. Buna baxmayaraq, onun qazandığı medallar ictimaiyyət tərəfindən narazılıqla qarşılandı. Daha doğrusu, medallar yox, buna görə ona veriləcək pul mükafatı. Lunyovun bu uğurunda anası və eyni zamanda baş məşqçisi olan İradə Aşumovanın böyük payı var. Maraqlıdı ki, İradə xanım özü də bu yarışda idmançı kimi çıxış etdi. Ancaq oğlundan fərqli, sabiq dünya çempionu medalçılar sırasına düşə bilmədi. Həm İslamiada, həm də Ruslanın çıxışıyla bağlı Aşumova ilə danışmağı lazım bildik. 

- İstərdik öncə İslamiadada komandamızın ümumi çıxışını dəyərləndirəsiz.
- Atıcılarımız super çıxış etdilər. İdmançılara təşəkkür edirəm. Düşünməzdim ki, Ruslan Lunyov 5 qızıl medal qazanacaq. Gözlənilməz oldu. Ümumilikdə komanda 7 qızıl, 4 gümüş və 1 bürünc qazandı. Bu isə olduqca yaxşı nəticədi. Özüm də bu yarışda təmsil olundum. Bir il yarımdan çox əlimə silah götürmürdüm. Amma öz çıxışımdan da razıyam. Hər 4 ildən bir qaydaları dəyişirlər. Bu il qaydalar başqa cür oldu. Mənə dedilər ki, yarış ötən il olsaydı, birinci-ikinci yerlər uğrunda mübaizə apara bilərdim. Lakin təəssüflənmirəm. Əsas komanda uğurlu çıxış etdi. Buna da min şükür. Tüfəngçilər yer tutmasalar da, mən çox razıyam. Keçən il 390 xal toplayan bu yarışda 407 toplayıb. Fərqə baxın. İnşallah, 2-3 ilə daha da inkişaf edəcəyik. 
- Gözləyirdizmi belə nəticəni?
- Biz Ruslandan ən azı 3 medal gözləyirdik. Özü də ən azı 1 “qızıl” olmaqla. 5 dənə “qızıl”ı gözləmirdim. Sürpriz oldu. 
- Ruslanın 5 qızıl medal qazanması onun yaxşı formada olmasından xəbər verir, yoxsa rəqibləri zəif idi?
- Rəqiblərin zəif olduğunu deməzdim. Türklər və iranlılar bu turnirdə çox yaxşı çıxış etdilər. Fevralda iranlı idmançı dünya kubokunda 3-cü yeri tutmuşdu. Türkiyəli Dikeç Yusif də bu idman növündə dünya çempionudu. Amma burda ikinci yeri tutdu. 50 metr məsafədə məhz Yusif qalib oldu. Sadəcə, Ruslan çox ciddi hazırlaşmışdı. Zəif rəqib olmur. 
- Sözlərinizdən belə çıxır ki, oğlunuz Avropa və dünya çempionatlarında bayrağımızı yüksəklərə qaldıra bilər. 
- Qaldırmasa, bilirsən, ona neynəyərəm? Qorxuram ki, bu pullar onu korlaya. Fikirləşirəm ki, onun idmandan yayınmaması üçün nə edim? Qoy belə davam eləsin. Onu qışda Hannoverə - təlim-məşq toplanışına göndərmişdik. Orda toplanış yaxşı keçib. Gördüyünüz kimi, nəticə də ortadadı. Hazırda da Münhendədi, dünya kubokunda çıxış edir. İlk çıxışı yaxşı alınıb. 8 saniyədə 5 hədəfi vurub, 100 xal yığıb. Ümid edirəm ki, uğurlu olar.
- Bir çox idmançılar əllərinə pul düşən kimi peşəsini atır. Oğlunuzdan nə gözləyirsiz?
- Mən ona görə deyirəm ki, nəzarət edəcəm. Bilirsiz, başqa idman növlərini atıcılıqla qarışdırmaq olmaz. Bir çox idman növlərində idmançılar 30-35 yaşlarında karyeralarını bitirməli olur. Çünki artıq yaş imkan vermir. Onlar səhərdən axşama kimi zallarda, stadionlarda tər-qan içində olurlar, çox zəhmət çəkirlər. Atıcılıqda isə elə deyil. Bu daha rahat idman növüdü. Ruslanın hazırda 27 yaşı var. Bu sahədə ilk addımlarını atır. Onun hələ Olimpiadalarda uğur qazanmaq şansları var. Çalışacağıq ki, pula aldanmasın. Pulu qoparacam əlindən, narahat olmayın (gülür).
- İnsanlar Ruslanın qazandığı medallara sevinmədi. Çoxları düşünür ki, idmançıya bu qədər pul vermək doğru deyil. Hətta “Ruslan Lunyovlar ailəsini milyonçu etdi” söyləyənlər də var. Bu fikrə münasibətiniz necədi?
- Bilirsiz, mən bu cür məlumatları oxumuram. Nigar Nəsirovanın məşqçisiyəm. O, qızıl medal qazanıb. Ruslanla bir yerdə. Mənə buna görə pul vermədilər ki. İnsanlar çox səhv hesablamalar aparırlar. Ruslan 5-ci “qızıl”ını Nigarla birlikdə alıb. Yəni 150 min manat onların arasında bölünəcək. Kiminsə bizim milyonçu olduğumuzu düşünməsi doğru deyil. Bilirsiz, bir sıra yığmalarımızda legionerlər var. Hətta 4 medal qazanan bir idmançı var. Niyə onlardan danışmırlar? Ancaq Ruslandan yapışıblar. İdmançıya nə qədər pul verilməlidi, niyə verilməlidi sualına mən cavab verə bilmərəm. Mən verirəm pulu? İdmançıdı da, yaxşı iştirak edib, qalib gəlib. Bunu anlamıram. Dünya idmanı ilə yaxından maraqlanıram. Xüsusilə də tennislə. Hansısa turnirdə qalib olana 1 milyon dollar verirlər. Özü də dollarla. Burda pis nəsə yoxdu. İdmançılara mükafat çəkdiyi əziyyətə görə verilir. Deyirlər ki, onun şəxsi məşqçisi atası olmamalıydı. Fərqli fikirlər söyləyirlər. Qazanmasaydılar, bizi tənqid edəcəkdilər. 
- Mətbuatda yazılır ki, Ruslan Lunyov qazandığı məbləğin bir hissəsini xəstələrin müalicəsi üçün xərcləyəcək. Bu nə dərəcədə doğru məlumatdı? 
- O sözü Ruslan yox, mən demişəm. Dünən gecə mənə zəng edib ki, ana, bunu niyə demisən, ağzında niyə söz qalmır? Biz bunu ailədə razılaşdırmışdıq. Bu, sirr qalmalıdı. Amma mən bu tənqidləri oxuyub, mətbuata açıqlama verdim. Yaxşılıq gizli şəkildə edilməlidi. Bəli, biz müəyyən məbləği xəstələrin müalicəsinə ayıracağıq. Amma bunun nə qədər olacağını açıqlamaq doğru deyil. Bununla reklam olunmaq fikrimiz yoxdu. 
- Qısa və konkret deyin, ailənizə nə qədər pul çatacaq?
- Dövlətin bizə verməli olduğu pul haqda heç nə deyə bilmərəm. Prezident sərəncam vermişdi ki, qalib gələn idmançıya 100 min verəcək, Milli Olimpiya Komitəsi də 50 min. Ruslan 4 “qızıl”ı tək, birini isə Nigarla qazanıb. Yəni Olimpiya Komitəsindən Ruslanın hər “qızıl”ına görə 50 min almışam. Yəni 200 min. Digər 50 mini isə Nigarla qazandığı medalın mükafatıdı. Ümumilikdə Olimpiya Komitəsi Ruslana 225 min manat ödəyib. Bu gün (dünən) gedib onun əvəzinə aldım. Deyim ki, evdə saxlamıram. Gəlib öldürməsinlər məni (gülür). Atası Vladimir Lunyova isə cəmi 1 qızıl medalın pulunu ödəyiblər. Yəni 25 min manat. Sual verdim ki, “Nigarın şəxsi məşqçisi mənəm. O həm “bürünc” qazanıb, həm də “qızıl”. Bəs mənə niyə şəxsi məşqçi kimi mükafat düşmür?” Dedilər ki, siz baş məşqçi kimi 25 min alırsız. Yəni Olimpiya Komitəsindən 225 min Ruslanın, 50 min də yoldaşımla mənim pulumu almışam. Digər puldan isə xəbərimiz yoxdu. Hələ bilinmir. Yəqin ki, bu gün-sabah deyəcəklər ki, gəlin, aparın. 

Futbol+ qəzeti

 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat