Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

T.Volff: “Biz artıq favorit deyilik”

Sayta qoyulub: 07:18 07.06.2017 (53 dəfə oxunub)

Kanada Qran Prisi Mercedes AMG sürücüləri üçün uğurlu yarışlardandır. Lyuis Həmiltonun burada 5 qələbəsi var, bu ilə qədər Williams-da çıxış etmiş Valtteri Bottas isə Jil Vilnövün adını daşıyan trasda iki dəfə podiuma yüksəlib. Komanda Monakodakı uğursuzluğun əvəzini çıxmağa ümid edir.

F-1.az xəbər verir ki, Mercedes Motorsport-un rəhbəri Toto Volff komandanın vəziyyəti barədə danışıb.

Toto Volff: “Beysbolçu Beyb Rutun dediyi kimi, əvvəlki uğurlar bu gün qalib gəlməyə kömək etmir. O, haqlıdır. Biz hər mövsüm mübarizəyə sıfırdan başlayırıq və reqlamentdəki ciddi dəyişikliklərdən sonra əvvəlki uğurlarımızın bizə heç bir köməyi yoxdur. Mövsümün əvvəlində favorit idik. Geridə qalan altı yarışda sadəcə üç qələbə qazanmışıq. Lakin bu il problemlər də əvvəlki ilə müqayisədə çox olub. Artıq yarışlarda Mercedes AMG sürücülərinin protokollara başçılıq edəcəklərini əminliklə demək olmaz.

Bazada problemlərin həli üçün çox çalışırlar. Bəzilərini tez həll etmək mümkündür, lakin bəziləri də çox vaxt alacaq. Biz əvvəl də uğursuzluqla qarşılaşmışıq və növbəti yarışa ruhdan düşmədən daha güclü hazırlaşmışıq. Xatırlayıram, 2015-ci ildə Sinqapurda yarış istədiyimiz kimi alınmadı, lakin problemlərimizi araşdırdıq, onların üzərində işlədik və Suzukadakı növbəti yarışda qalib gəldik. Monakodakı yarışdan sonra da eyni addımları atmışıq. Biz bilirik ki, mövsüm çox uzundur və bir neçə yarışdan ibarət deyil.

Mən Kanadada maraqlı yarış olacağına inanıram. Bu tras hər iki sürücümüz üçün uyğun trasdır. Lyuis burada dəfələrlə qalib gəlib, Valtteri isə Williams-ın tərkibində əla yarışlar keçirib. Sürücülərə uğur qazanmağa imkan yaradan maşın vermək vacibdir. İki əla pilotumuz var və əvvəlki fəlsəfəmizə sadiq qalırıq – onlar öz aralarında mübarizə apara bilərlər. Bu, komandanın inkişafına da təsir edir. Lakin bu da komanda üçün bəzən çətinliklər yaradır.

Bunu etiraf etmək çətindir, lakin deməliyəm ki, biz bu il favorit deyilik. Hazırda favorit Ferrari-dir. Onların çox əla maşınları var. Biz sübut etməliyik ki, qələbəyə namizədik. Hələ qarşıda 14 yarış var və biz qisas almağı səbirsizliklə gözləyirik. Ümid edirəm ki, bu həftəsonu Kanadada bəzi çətin suallara cavab tapacağıq”.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat