Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

M.Zurer: “Bakıdakı yarışın favoriti Həmiltondur”

Sayta qoyulub: 07:55 23.06.2017 (81 dəfə oxunub)

Məşhur Formula1 təhlilçisi Mark Zurer bildirib ki, Lyuis Həmilton Bakı yarışının favoritidir.

F-1.az xatırladır ki, britaniyalı sürücü Bakıdakı keçənilki yarışa 10-cu yerdən başlamış və yekunda 5-ci olmuşdu.

32 yaşlı sürücü keçənilki hər 3 sərbəst yürüşdə birinci olsa da, sıralanma turunun son sessiyasında qəza edərək, yarışa 10-cu yerdən başlamışdı.

Mark Zurer: “Bakıdakı yarışın favoriti Həmiltondur. Monrealda gördüyünüz kimi o bir şeyi istəsə, əldə edə bilir. Keçən il Bakıda çox sürətli idi. Bunu düşünmək lazımdır. Əgər sıralanma turunda qəza etməsəydi, yarışa 1-ci yerdən başlayıb rahatlıqla qalib gələrdi. Sərbəst yürüşlərdə rəqiblərindən iki saniyə sürətli idi. Bunu yenidən sınamaq istəyəcək.

Keçən il Bakı trası ilə bağlı simulyatorlardan istifadə etmədi. Bu, onun üçün utancverici hal idi. Bu il nə olursa-olsun, yarışda qalib gəlmək istəyəcək. Soçi və Monreal trasları Mercedes üçün oyanış zəngi kimi oldu. Bakı həm Mercedes, həm də Həmilton üçün bir testdir. Şəhər tipli tras olsa da, uzun düzlükləri var. Mercedes indiyə kimi təkərləri istifadə etməkdə çətinlik çəkib, lakin Bakı Monakodan daha sürətli tras olduğu üçün təkərlər problem yaratmayacaq.

Red Bull üçün çətin həftəsonu olacaq. Force İndia isə istənilən trasda güclü görünür. Williams ilə aralarında çətin rəqabət olacaq. Massa və Stroll aerodinamika cəhətdən daha üstün ola bilərlər. Ferrari isə bütün traslarda sürətlidir və sürücüləri təkərləri temperaturda saxlaya bilirlər. Bu hal onlara üstünlük qazandıracaq. Keçən il işləri çətin olsa da, bu il fürsətləri var”.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat