Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

M.Ferstappen: “Üçüncü ola bilərdik”

Sayta qoyulub: 09:34 25.06.2017 (104 dəfə oxunub)

Red Bull komandasının sürücüsü Maks Ferstappen 5-ci olduğu sıralanma turundan sonra bildirib ki, 3-cü yeri əldən verib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü cümə günü keçirilən sərbəst yürüşlərdə birinci yeri tutmuşdu. Lakin, hollandiyalı sürücü ikinci sessiyada qəza etmiş, üçüncü sessiyada isə hidravlika probleminə görə mübarizəni dayandırmalı olmuşdu.

Lakin 19 yaşlı sürücünün Azərbaycanda problemləri bunlarla bitməyib. Maks sıralanma turunun ikinci sessiyasında mühərriklə, üçüncü sessiyasında isə sürət qutusu ilə bağlı problemlər yaşayıb. Lakin bu çətinliklərə baxmayaraq, Formula1 tarixinin ən gənc qələbə qazanan sürücüsü Fetteldən 0.038, Rəykkönendən isə 0.186 saniyə geri qalaraq, 5-ci ola bilib.

Maks Ferstappen: “Beşinci olduğum üçün məyusam. Problem yaşasaq da, üçüncü ola bilərdik. Burada böyük addım atdıq. Boliddə daha çox at qüvvəsi olduğunu hiss edə bilirəm. Bu yaxşıdır. Amma həmişə daha artığını istəyirsiniz. İkinci sektorda və döngə olan hər yerdə mübarizə aparırdıq.

Təbii ki, yaşadığımız problemlər ideal deyil. Mühərrikdə dayanma problemi var. Bu yaxşı deyil. Sıralanma turunun üçüncü sessiyasında yaxşı dövrə vururdum, lakin birdən ötürmələr qutusunda problem yaşadım. Düzlükdə çox dəyərli vaxt itirdim. Bunu həll etməliyik. Belə hallar olmamalıdır”.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat