Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"Qarabağ"ın keçmiş qapıçısı: "Məm gələndə Şehiç komandadan getməliydi"

Sayta qoyulub: 17:14 26.06.2017 (222 dəfə oxunub)

“Qarabağ”ın üzvü olmaq xoş idi. Biz ötən mövsüm Avroliqanın qrupunda oynadıq, “qızıl dubl” etdik”. Bu sözləri 2016/17 mövsümünün sonu Ağdam klubundan ayrılan serbiyalı qapıçı Boyan Şaranov ölkəsində dərc olunan “Sportski jurnal” nəşrinə müsahibəsində deyib.

“Qarabağ”da ehtiyatda qalmasına toxunan 29 yaşlı qapıçı deyib: “Təəssüf ki, orada karyeram istədiyim kimi alınmadı. Mən ötən il komandaya gələndə Bosniya və Hersoqovina millisinin qapıçısı (İbrahim Şehiç nəzərdə tutulur – red.) “Qarabağ”ı tərk etməliydi. Amma o, komandada qaldı və köhnə xidmətlərinə görə əsas heyətdə yer aldı. Ehtiyatda qaldığıma görə utanmırdım. Bu yaxınlarda Şehiç yenə Türkiyə çempionatına getməliydi, amma qaldı. Ona görə də mən müqaviləm başa çatan kimi Belqrada qayıtmağı qərar verdim”.

Şaranov Avroliqanın ilk təfnifat mərhələsində qarşılaşacaq Serbiyanın “Mladost” və Azərbaycanın “İnter” komandaları haqda da danışıb: “Mladost” hazırda güclüdür və mərhələni adlamaq üçün yaxşı şansı var. “İnter” “Qarabağ” və “Qəbələ”dən sonra üçüncü yeri tutub. Hazırda klubun maddi problemləri var. Bu səbəbdən mövsümün getişatında bəzi futbolçular narazılıqlarını bildirirdilər. Bundan başqa, kluba transfer qadağası tətbiq edilib. Amma bu o demək deyil ki, “İnter”in Avroliqada iddiası yoxdur. Bir neçə il komanda Avroliqada pis nəticə göstərməyib. Ona görə də istəməzdim ki, bizimkilər arxayınlaşsın. Sadəcə, qələbə qazanmaq lazımdır”.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat