Avropa çempionatında daha 4 medal

Sayta qoyulub: 15:10 21.07.2012 (264 dəfə oxunub)

 

Polşanın Katovitse şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında qızların mübarizəsinə yekun vurulub. Azərbaycan yığma komandası ümumilikdə 4 medal qazanıb. 52 kq çəki dərəcəsində çıxış edən Almaz İsmayılova Böyük Britaniya, Almaniya və Polşalı rəqibləri üzərində qələbə qazanaraq finala çıxıb, amma həlledici qarşılaşmada Rusiya güləşçisinə uduzaraq gümüşlə kifayətlənib. 65 kq çəki dərəcəsində çıxış edən Raqnetta Qurbanzadə Ukrayna, İsveç vəRusiya güləşçilərini məğlub edərək finala çıxıb, amma həlledici görüşdə Bolqarıstanlı rəqibinə uduzaraq qitə çempioantını gümüş medalla bitirib. 56 kq çəkidə mübarizə aparan Alyona Kolesnik isə 5-ci yeri tutub. 40 kq çəkidə Sahilə Ələkbərova və 46 kq çəki dərəcəsində Arzu Əliyeva isə 3-cü yeri tutub. Komanda hesabında 45 xal toplayan yığmamız 5-ci olub. İlk dördlükdə Rusiya (90 xal), Ukrayna (75 xal), Polşa (50 xal) və Türkiyə (48 xal) qərarlaşıb.

XƏBƏR LENTİ