Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

“Rəqibdən çəkinmirik” - Ayxan Abbasov

Sayta qoyulub: 21:39 28.06.2017 (74 dəfə oxunub)

“Rəqibdən çəkinmirik” - Ayxan Abbasov

 

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov  Avroliqanın birinci təsnifat mərhələsinin  Lüksemburqun “Differdanj” klubu ilə oyun öncəsi mətbuat konfransı keçirib.

O, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Futbol üçün darıxmışdıq. Sevindirici haldır ki, avrokuboklara Bakıda başlayırıq. “Zirə” ilə yanaşı, avrokuboklarda ölkəmizi təmsil edən digər komandalarımıza da uğurlar arzulayıram.

- Komandanız hazırda vəziyyət necədi?

- Mövsümün sonunda bir neçə oyunçu komandanı tərk etdi. Ancaq istədiyimiz oyunçuları transfer etmişik. Heyətdə zədəli oyunçu yoxdur.

- Rəşad Sadiqovun zədəsi necədir?

- Rəşadın durumu yaxşıdır. O, komanda ilə birgə məşq edir.

- “Differdanj”la fikirləriniz maraqlıdır. Bu komandada “ikinci mərtəbədə”də oynayan oyunçular üstünlük təşkil edir.

- Rəqib barədə məlumatımız var. Belə bir fikir yaranıb ki, guya mən rəqibdən qorxuram. Yox, belə deyil. Sadəcə, komanda 10 ildir avrokuboklarda çıxış edir. Rəqib bizdən təcrübəlidir. Biz avrokubokda ilk dəfə çıxış edirik. Onlar əsas uzun toplara üstünlük verirlər. Sabah necə oynayacaqlar, bilmirəm. Çalışacağıq ki, avrokuboklarda ilk mövsümümüzü uğurlu keçirək. Lakin avrokuboklarda ilk mövsümümüzü keçirməyimiz bəhanə deyil. Çalışacağıq ki, mərhələni keçək.

- Sabahkı oyunda daha çox nədən qorxursunuz - komandanın həddən artıq rahat olmasından, yoxsa dizlərinin əsməsindən?

- Belə oyunlardan öncə komandanın üzərində təzyiq çox olur. Çalışırıq ki, komanda nə çox əmin oynasın, nə də rəqibdən çox çəkinsin. Həddən artıq motivasiya komandanın ziyanına ola bilər. Tam əksi də həmçinin. Çalışacağıq ki, oyuna yaxşı köklənək.

- Anar Nəzirov komandanın yeni kapitanıdır. O, bu işin öhdəsindən gələ biləcək?

- O, ötən mövsümdə də bir neçə oyunda kapitan olmuşdu. Elvin Məmmədov komandadan gedəndən sonra kapitanlıq sarğısını ona verdik. Ümid edirəm ki, Anar kapitan kimi daha yaxşı çıxış edəcək.

- Özünüz üçün start heyətini müəyyənləşdirmisiniz?

- Bir gün öncə heyəti açıqlasam, komanda daxilndə rəqabətə təsir edə bilər. Heyəti demək olar, müəyyənləşdirmişəm. Heyəti rəqibə görə müəyyənləşdirmişik. Yetərincə oyunçumuz var. Sabahkı oyun üçün heyəti müəyyənləşdirmişik.

- Hücum futbolu oynayacaqsınız, yoxsa yenə 5 müdafiəçi ilə çıxış edəcəksiniz?

- 5 müdafiəçi ilə çıxış etmək müdafiə olunmaq deyil. Məsələn, Avropada “Çelsi” də 5 müdafiəçi ilə çıxış edir, ancaq hücum futbolu sərgiləyir. Biz isə komandada 2 sistemdən istifadə edəcəyik. Rəqibə uyğun olaraq, 4 və ya 5 müdafiəçili sistemdən istifadə edəcəyik. Sabahkı oyunda 4 müdafiəçili sistemdən, daha doğrusu 4-5-1 taktiki sxemindən istifadə edəcəyik.

- Debüt ilinizdə hansı nəticəyə ümid edirsiniz?

- Çoxlu transferlər etsək də, bu, bizim üçün Avropada ilk təcrübədir. Çalışacağıq, mümkün qədər irəli gedək. Təkcə mənim yox, komandadakı bir çox oyunçular avrokubokda ilk təcrübəsi olacaq. “Astra” ilə maraqlanmamışam. Ancaq “Vitorul”la “Astra”nın oyununa baxmışam. Bu videoya da “Vitorul”la oyuna görə baxmışdım. Bildiyiniz kimi, bu komanda ilə Boluda qarşılaşmışdıq.

- Heyətə yenə də cəlb etmək üçün istədiyiniz futbolçular var?

- İstədiyimiz oyunçuları almışıq. Bu oyunçuların bəzilərini əvvəldən istəyirdik. Ancaq onların klubları ilə müqavilələri var idi. Lakin biz təkcə avrokuboka yox, həm də, çempionata hazırlaşırıq. İstəyərdim bir legioner hücumçu, bir də yerli müdafiəçi transfer edək.

- İlk oyunu evdə keçirmək üstünlükdür?

- Adətən, ilk oyunu səfərdə keçirmək daha sərfəli olur. Lakin bizim üçün ilk oyunu evdə keçirmək daha yaxşı oldu. Çünki xaricdə təlim məşq toplanışındaydıq. Buna görə, ölkəyə qayıdıb, daha sonra yenidən xaricə yollanmağımız daha yaxşıdır.

- Çempionatda 8 komandanın çıxış etməsinin klublarımızın avrokuboklardakı çıxışına mənfi təsir edə bilər?

- Düşünmürəm ki, 8 komandalı çempionat mübarizəni zəiflədib. Düzdür, daha çox komandanın olması yaxşı olardı. Ancaq 8 komandalı çempionatın avrpkuboklardakı çıxışımıza təsir edəcəyini düşünmürəm.

- Oyun mərkəzdən uzaqda yerləşən stadionda olacaq. Bu amilin və oyunun gecə keçirilməsinin komandanın azarkeş dəstəyindən məhrum olması ilə nəticələnməyəcək ki?

- Biz Zirəni təmsil edirik. Zirə də bura yaxındır. O ki qaldı oyunun gec keçirilməsinə, havanın isti olmasını nəzərə alsaq, bu, normaldır. Düşünürəm ki, sabah yetərincə azarkeş olacaq.  

- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?

- Konkret qarşıma məqsəd qoymayıb. Əsas odur, komanda əzmkar oyun sərgiləsin. İkinci mərhələni keçməsək də, transfer edəcəyik.

- Mətbuatda “Differdanj”ın 4 futbolçusunun başqa işdə çalışdığı barədə məlumat yayılmışdı. Hətta onların Bakıya gəlməsi ilə bağlı da iş yerlərində bəzi problemlər olmuşdu.

- Bilmirəm, bu məlumat hardan çıxıb. Komandanın ötən ilki heyətindən başqa bütün futbolçuları Bakıya gəlib. O ki qaldı komandanın üzvlərinin başqa yerdə çalışmasına buna fikir bildirmək istəmirəm. Elə təkcə, bizim əvvəllər Lixtenşteyn, San Marino kimi ölkələrin komandalarıyla oyunlarda necə çətinlik çəkdiyimizi hamı bilir. Fikrimcə, rəqib tam peşəkar komandadır.

- Rəqibin güclü və zəif cəhətləri nələrdir?

- Rəqib standart vəziyyətlərdə yaxşı oynayır. Bu klub çempion “Dudelanj”la eyni xal topladı. Şəxsi oyunlarda da üstün idi. Yəqin, onların çempionatında top fərqi nəzərə alınırdı ki, yalnız bu cəhətdən geri qaldı. Əlbəttə, rəqibin zəif cəhətləri də var. Bunları da bilirik. Sabahkı oyunda bundan isifadə etməyə çalışacağıq.

Futbolxəbər.az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat