Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Ölkəmizdə ən yüksək sürət qeydə alınıb

Sayta qoyulub: 07:50 29.06.2017 (117 dəfə oxunub)

Keçən il olduğu kimi bu il də ölkəmizdə baş tutan Qran Pridə yüksək sürətlər qeydə alınıb.

F-1.az bildirir ki, bu il texniki reqlamentdə olan ciddi dəyişikliklər üzündən ölkəmizdə baş tutacaq Qran Pridə keçənilki nəticələrin yaxşılaşdırılması gözlənilmirdi. Xatırladırıq ki, keçən il ölkəmizdə baş tutan ilk milli Qran Prinin sıralanma turunda Williams komandasının sürücüsü Valtteri Bottasın göstərdiyi 366.1 km/saat sürət uzun müddət (Meksika Qran Prisinədək) mövsümün rekordu qalmışdı. Keçənilki yarışda Lyuis Həmilton Neftçilər prospektindəki uzun düzlükdə 364.4 km/saat sürət yığa bilmişdi.

Keçənilki nəticələrə görə Bakı Şəhər Halqası hələ də ən sürətli şəhər trası statusunu saxlamaqdadır.

Arxada qalan 8 yarışdan sonra Bakıda göstərilən sürətlər yeni maşınlar arasında rekord olub. Yarışda qələbə qazanan Daniel Rikkardo bir gün əvvəl sıralanma turunun son sessiyasında qəza etsə də, bundan bir qədər əvvəl onun RB13-ü düzlükdə 356.3 km/saat sürət yığa bilib. Yarışın gedişində isə ən sürətli sürücü Valtteri Bottas olub – son metrlrədə ikinciliyə yüksəlməyi bacaran finlandiyalı sürücü bu il 354.4 km/saat sürətlə kifayətlənməli olub.

Mövsümün sonuna kimi bu sürətlər yalnız iki trasda yenilənə bilər – İtaliya və Meksika Qran Prilərini gözləməliyik…

Yer Qran Pri Sıralanma turu Yarış
Sürücü km/saat Sürücü km/saat
1 Avstraliya Ləns Stroll (Williams) 328.6 Daniil Kvyat (Toro Rosso) 320.8
2 Çin Kevin Maqnussen (Haas) 329.7 Felipe Massa (Williams) 336.4
3 Bəhreyn Ləns Stroll (Williams) 333.3 Lyuis Həmilton (Mercedes AMG) 331.6
4 Rusiya Valtteri Bottas (Mercedes AMG) 331.5 Valtteri Bottas (Mercedes AMG) 331.4
5 İspaniya Sebastyan Fettel (Ferrari) 326.5 Felipe Massa (Williams) 339.6
6 Monako Esteban Okon (Force İndia) 297.2 Esteban Okon (Force İndia) 292.7
7 Kanada Paskal Verlyayn (Sauber) 335.0 Sebastyan Fettel (Ferrari) 344.1
8 Azərbaycan Daniel Rikkardo (Red Bull) 356.3 Valtteri Bottas (Mercedes AMG) 354.4

 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat