Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Endi Hallidey:"Qəbələ"ni seçməyimdə Avropa Liqasının qruplarında çıxışı rol oynadı"

Sayta qoyulub: 11:00 01.07.2017 (208 dəfə oxunub)

"Qəbələ"nin yeni transferi Endi Hallideyin  müsahibəsi

- Azərbaycana gəlişiniz necə baş tutdu?
- "Qəbələ"dən təklif gələndə düşünməyə başladım. Bu klub haqqında məlumatlar öyrənməyə çalışdım. Baxdım ki, son iki ildə Avropa Liqasının qrup mərhələsində oynayıb.Bu "Qəbələ"ni seçməyimdə əsas rol oynadı. Həmçinin bir vaxtlar bu komandada çıxış etmiş qapıçı Qrem Smiti yaxşı tanıyıram. Onunla söhbət etdim. Həmçinin Şimali İrlandiya millisinin heyətində Azərbaycana qarşı oynamış Li Hodsondan da ölkənizi soruşdum. O, mənə dedi ki, Azərbaycan gözəl ölkədir. Bakı mükəmməl şəhərdir. 


- "Reyncers"dən "Qəbələ"yə keçidin sürpriz oldu. Çünki Avropanın digər güclü ölkələrində çıxış edə bilərdin...
- Düşünürəm ki, "Qəbələ" böyük klubdur. Çünki Avropada uğurları olan komanda zəif ola bilməz. Seçimim düzgündür. Mən bu komandanın bir hissəsi olmaq istəyirəm. Qarşıdakı mövsümü səbrsizliklə gözləyirəm. Əla komandamız var. Burada özümü də yaxşı hiss edirəm. 


- Hazırda komanda ilə birlikdəsiniz. Eşitdiklərinizlə gördükləriniz düz gəlir?
- Bəli. Hazırlaşırıq. Düşünürəm ki, bu komanda yenidən Avropa Liqasının qrup mərhələsində oynamağa hazırdır. Növbəti mövsüm də çempion olmaq iddiamız var. 


- Şotlandiya mətbuatına verdiyin müsahibədə yenidən "Reyncers"ı qayıtmaq arzun olduğunu və bunun üçün "Qəbələ"də daim əsas heyətdə oynamaq istədiyiniz bildirmisən...
- Mənim bütün hədəflərim hazırda "Qəbələ" ilə bağlıdır. Təbii ki, gələcəyim üçün daha yaxşı yerlərə getmək istəyirəm. Gələcəyim üçün ən yaxşısını etməyə çalışacağam. Amma indi həqiqətən sadəcə bu komandanı düşünürəm. Həyəcanla yeni mövsümün başlamasını gözləyirəm. 


- Yenidən qrupa düşmək üçün komandanıza nə lazımdır? İkinci mərhələdə qarşılaşa biləcəyiniz "Dinamo" (Batumi) - "Yaqelloniya" cütü haqqında nə bilirsiz?
- Çox sürətli şəkildə Zalsburqda oyuna hazırlaşırıq. Bütün fikrimizi ciddi hazırlıqlara və komandanın ikinci mərhələdə keçirəcəyi oyuna yönəltmişik. Mən baş məşqçimizə inanıram və əminəm ki, o, rəqibləri dəqiq analiz edib. Roman Qriqorçuk böyük ehtimalla rəqiblərin bütün zəif cəhətlərini öyrənib. 


- Şotlandiya futbolu haqqında "son illərdə çox zəifləyib" deyilir. Razısız?
- Düşünürəm ki, son mövsüm çox bərbad oldu. Həm maliyyə baxımından, həm də komandaların oyunu elə də ürəkaçan deyildi. Titul qazanan komandalar da buna layiq deyildilər. 


- Azərbaycan çempionatı ilə müqayisə etmək olar?
- Düzünü desək, sizin çempionat haqqında demək olar heç bir fikrim yoxdur. Amma "Qəbələ"nin heyəti və futbolçuları məndə əla təəssürat yaradıblar. 


- Digər klublarımız haqqında məlumatın var?
- Mən "Qarabağ"ın bir neçə il öncə Çempionlar Liqasında "Seltik"ə qarşı oyununu izləmişdim. Bu komanda əla təsir bağışlamışdı. "Seltik" onları çətinliklə məğlub etdi. "Zirə"nin Avroliqada "Differdanj"a 2:0 qalib gəldiyi matça da baxdım. 


- Səncə, "Zirə" yaxşı təsir bağışladı?
- Məncə, yaxşı oynayıb, vacib qələbə qazandılar.         

Mehman Süleymanov

 

 

Endi Hallidey:"Qəbələ"ni seçməyimdə Avropa Liqasının qruplarında çıxışı rol oynadı"

 

 

sport24.az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat