Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"İnter" stadionundan çıxarılır və "Dalğa Arena"ya köçür

Sayta qoyulub: 15:18 05.07.2017 (145 dəfə oxunub)

 

"İnter"in yeni rəhbərliyi ilə "Aqrarkredit" arasında yaranmış qalmaqal şiddətlənməkdədi. Bank olmayan kredit təşkilatı klubu "İnter Arena"dan çıxarmaq fikrindədi və dünən verdiyimiz məlumata görə, onlar sabiq "bankirlər"dən 6 milyon manat əlavə pul istəyir. Stadiona qoyulan qiymət - 33 milyon manat da öz yerində. Zaur Axındovun rəhbəri olduğu paytaxt təmsilsisi üst-üstə 39 milyon manat ödəməlidi ki, "Aqrarkredit" onlardan əl çəksin.

Lakin hadisələrin gedişatı deməyə əsas verir ki, "İnter"i idarə edənlərin həmin məbləği vermək fikrində deyil. Belə demək mümkünsə, daş qayaya rast gəlib. Azərbaycan Beynəlxalq Bankının himayədən imtina etdiyi klubun Mərdəkana – millinin burdakı bazasına və "Dalğa Arena"ya köçürülməsinə artıq qərar verilib.

"İnter"in 17 və 19 yaşlılardan ibarət, eyni zamanda əvəzedici heyətlə əsas komandası yeni mövsümdən ev oyunlarını "Dalğa"da qəbul edəcək. Uşaq futbol məktəbinə daxil yaş qrupları isə "İnter Arena"da qalacaq. "Aqrarkredit" istərdi ki, akademiya da buranı tərk etsin, lakin bu, onların gücü daxilində olmayan məsələdi. Bəlli olduğu kimi, "Zirə"yə sponsorluq edən "Azfar" sözügedən arenanın bir hissəsini 19 il müddətinə icarəyə götürüb. Şirkət həmin yerdə 3 üstübağlı manej tikib. "İnter"in akademiyası hər gün səhər saatlarından 18:00-dək bu bazadan istifadə eləyəcək.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat