Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Haiti millisinin üzvü rəsmən "Qarabağ"da

Sayta qoyulub: 16:02 06.07.2017 (221 dəfə oxunub)

2017/18-ci illər mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi zamanı "Qarabağ" növbəti transferi reallaşdırıb. Yarımmüdafiəçi mövqeyinə transfer etməyi planlaşdıran Ağdam təmsilçisi uzun müddətdir davam edən prosesi uğurla tamamlayıb. "Qarabağ" Haiti millisinin üzvü olan və ötən mövsüm Türkiyə Superliqasında “Alanyaspor”da forma geyinən Vild-Donald Guerrierin keçidini rəsmiləşdirib. Yarımmüdafiəçiylə ikiillik müqavilə imzalanıb.

 

Futbolçu peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayıb və 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-ci illərdə “Visla”da 75 oyuna çıxan Guerrier 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə yarımmüdafiəçib“Alanyaspor” formasıyla 20 oyunda 4 qola imza atıb. 

 

2010-cu ildən Haiti millisinə dəvət alan 28 yaşlı futbolçu yığma komandada 37 oyunda 8 dəfə fərqlənib. Donald “Qarabağ”a transferi haqda klubun saytına danışıb:

 

“Qarabağ” ilk gündən mənə öz ailəm kimidir, sanki uzun müddətdir buradayam. Həqiqətən bura gəldiyim üçün xoşbəxtəm. Komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəm. “Qarabağ” ardıcıl 4-cü dəfə çempion olur və 3 ildir Avropa Liqasının qrup mərhələsində oynayır, bunların hamısını yaxşı anlayıram. Hər zaman hansı komandamda olmağımdan asılı olmayaraq, qələbə üçün meydana çıxmışam və komandamın qələbə qazanması üçün vuruşmuşam. Ən böyük üstünlüyüm odur ki, uduzmağı sevmirəm. Harada varamsa, qalib gəlmək üçün mübarizə aparmışam. Əgər bu gün “Qarabağ”a gəlmişəmsə, mənə göstərilən etimadı doğrultmaya çalışacam”.

 

Haiti millisinin üzvü rəsmən "Qarabağ"da

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat