Ramil Quliyev 2 medal qazandı

Sayta qoyulub: 07:39 23.07.2012 (312 dəfə oxunub)

Finlandiyanın Lapperanta şəhərində atletika üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan yığmasının sabiq üzvü, ötən ilin aprelindən Türkiyə vətəndaşlığını qəbul edərək, bu ölkənin bayrağı altında yarışlara qatılan Ramil Quliyev də mübarizə aparıb.
Azərbaycanlı spirinter Finlandiya turnirində 2 məsafəyə qaçışda özünü sınayıb. 100 metr məsafəni 10,40 saniyəyə qət etməklə yamaykalı atlet Jaka Xarveydən (10,25 saniyə) sonra ikinci yeri tutan Ramil 200 metr məsafədə isə bütün rəqiblərini qabaqlayıb. Finişə hamıdan tez çatan Ramil 20,53 saniyə nəticə göstərib.
 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ