"İqtisadçı"da tailandlı voleybolçu

Sayta qoyulub: 10:02 23.07.2012 (235 dəfə oxunub)

“İqtisadçı” ilk transferını reallaşdırıb. CEV kubokunda mübarizə aparacaq universitet klubu Tailanda millisinin voleybolçusu Vilavan Apinyaponqla anlaşıb. 
28 yaşlı asiyalı bugünlərdə 1 illik rəsmi müqaviləyə imza atacaq. O, “İqtisadçı”ya Çinin “Fujian Xi Menq Bao” klubundan gəlir. 
Apinyaponq kapitanı olduğu Tailand millisində Asiya kubokunun qızıl, gümüş və bürünc medallarını qazanıb. 174 sm boya malik voleybolçu “Fujian Xi Menq Bao”dan öncə “Tan Hao” (Vyetnam, 2006/2007), “Sanq Som” (Tailand, 2007), “Konya Eregli” (2008/2009), “Eregli Bələdiyyə” (hər ikisi Türkiyə, 2009/2010), “Federbrau” (Tailand, 2010), “Quanqdonq Everqrande” (Çin, 2010/2011) və “Çanq” (Tailand, 2011) klublarının şərəfini qoruyub. Bu klubların heyətində 3 dəfə Asiya çempionu olan Vilavan 1 dəfə də 3-cü yeri tutub. O, həmçinin “Çanq” heyətində ötən il dünya çempionatında “Rabitə”yə qarşı oynayaraq, komandasının ən yaxşısı olub. Lakin Azərbaycan çempionuna uduzan asiyalının komandası yekunda 5-ci yeri tutub.
Qeyd edək ki, “İqtisadçı” Apinyaponqla yanaşı, Tailand millisinin toppaylayıcısı Nutsara Tomkomla da müqavilə bağlamağa hazırlaşır.
 

XƏBƏR LENTİ