Serbiya və Rusiya tennisçiləri də Baku Cup-2012-nin ikinci turuna yüksəldi

Sayta qoyulub: 17:51 24.07.2012 (125 dəfə oxunub)

İyulun 24-də tennis üzrə “Baku Cup 2012” turnirində birinci turun daha 2 oyunu keçirilib. Mərkəzi kortda turnirin 5 nömrəli raketkası serbiyalı Boyana Yovanovski Ukrayna təmsilçisi 23 yaşlı Lesiya Tsurenko ilə qarşılaşıb. Dünya reytinqində hazırda 95-ci pillədə qərarlaşan 20 yaşlı B.Yovanovski 2 saata yaxın davam edən matçda qələbə qazanıb – 2:1. Serbiyalı tennisçi ikinci turda rusiyalı Valeriya Solovyeva ilə üz-üzə gələcək.

 Digər matçda isə avstriyalı Saşa Consla Rusiya təmsilçisi Aleksandra Panova münasibətlərinə aydınlıq gətiriblər. Turnirin 2 nömrəli raketkası olan 23 yaşlı A.Panova gərgin idman mübarizə şəraitində keçən matçda 2:0 hesabı ilə qələbə qazanıb.
 
Qeyd edək ki, turnirin 1 nömrəli raketkası Qazaxıstan təmsilçisi Kseniya Pervakın məğlub olması A.Panovanın çempion olmaq şansını bir az da artırıb. Hazırda rusiyalı tennisçini turnirin əsas favoriti hesab etmək olar.


XƏBƏR LENTİ