Daha bir güclü tennisçi US opendən kənarda

Sayta qoyulub: 08:11 24.08.2017 (296 dəfə oxunub)

Dünyanın 11-ci raketkası Miloş Raoniç  US Open-2017-də çıxış etməyəcək. Sol biləyindəki zədəyə görə kanadalı tennisçi iştirakdan imtina edib. 

 

Xatırladaq ki, ondan əvvəl daha bir neçə tanınmış tennisçi turnirdən kənarda qalmışdı. Onlar arasında Novak Cokoviç , Sten Vavrinka və Kei Nişikori də zədəyə görə çıxış etməyəcəklər.

 

US Open-2017 avqustun 28-dən sentyabrın 10-a qədər keçiriləcək.

 

Daha bir güclü tennisçi US opendən kənarda

XƏBƏR LENTİ