Avstraliya Qran Prisi

Sayta qoyulub: 16:43 16.03.2012 (285 dəfə oxunub)

Melburn uik-endi ərəfəsində son hava proqnozu ilkin proqnozları təsdiq edib - cümə günü yağış yağması gözlənilir, şənbə və bazar günləri isə yağışın yağma ehtimalı minimumdur.

Cümə günü hava +22 dərəcəyə qədər qızacaq, yağışın yağma ehtimalı isə 8-% olacaq. Şənbə və bazar günləri hava +21 dərəcəyədək soyusa da, yağışın yağma ehtimalı da 20%-ə düşəcək.

Sürücülər:

10000 km - Vitaliy Petrov, 20 dövrə edərsə
10 dubl (poul+qələbə) - Lyuis Həmilton
10 poul - Mark Uebber
10 sürətli dövrə - Sebastyan Fettel

Şassi:

150 sürətli dövrə - McLaren
50 het-trik (poul+qələbə+sürətli dövrə) - Ferrari
10 qələbə - Mercedes
10 sürətli dövrə - Mercedes

Motorlar:

70000 km liderlik - Ferrari, sürücülər 14 dövrə liderlik edərlərsə
6000 xal - Ferrari, sürücülər 13 xal toplayarlarsa
50 het-trik (poul+qələbə+sürətli dövrə) - Ferrari

 

Bu il Avstraliya adət etdiyimiz kimi mövsümün ilk yarışını qəbul edir, həmişə olduğu kimi Melburn komandaların Asiya turnesinə start verir.

Melburn Viktoriya ştatının inzibati mərkəzidir, Avstraliyanın çənub-şərqində dənizkənarı şəhəridir. Bakı ilə vaxt fərqi +7 saatdır. Monakoda olduğu kimi burda da tras müvəqqəti xarakter daşıyır və Melburnun işçi mərkəzində yerləşən Albert Parkın yollarında qurulub. İlk yarışlar 50-ci illərin ortalarında keçirilsə də, onlar çempionatın rəsmi təqviminə daxil deyildilər. Avstraliya Qran Prisi 1985-ci ildən keçirilməyə başlayıb, on bir il yarışlar Adelaidada keçirilib, 1996-cı ildən isə Melburn adətən mövsümün ilk yarışını qəbul etməyə başlayıb.

Avstraliya Qran Prisi

 

Tarix: 16-18 mart 2012-ci il
Tras: Albert Park, Melburn
Dövrənin uzunluğu: 5303 m
Dövrələrin sayı: 58
Ümumi məsafə: 307.574 km


Tras kifayət qədər sürətlidir və xüsusi aerodinamik əlavələr tələb etmir, amma maşının sürətli düz yolda və yavaş döngədə səmərəli olması üçün kompromisin tapılması vaxt tələb edir. Dövrədə göstərilən nəticə maşının çəkisindən asılıdır, Melburnda hər 10 kq yanacaq dövrədə 0.4 saniyənin itkisinə səbəb olur. Tras motorlara tələbkardır, motora düşən yüklənmələrə görə yalnız Monsadan geri qalır - trasın 60%-ni sürücülər qaz pedalını sonadək basaraq hərəkət edirlər.

Avstraliya Qran Prisi

Ötmə üçün ən əlverişli yer start düzlüyünün sonudur, sürücülər 300 km/saat sürət yığırlar və Jones-da əylənmədə ötmə edə bilərlər, ikinci döngədən çıxışda vəziyyəti düzəltmək olar. Ən maraqlı döngə 12-cidir, Waite - 250 km/saat sürət və porebrikə hücum, sonra isə sürətli sahə gəlir - kiçik bir səhv böyük vaxt itkisinə səbəb olur.

Pirelli şirkəti Melburna Medium və Soft slikləri ilə yanaşı yağış və keçid təkərlərini də gətirəcək...

Avstraliya Qran Prisi: Ötmə zonaları

Avstraliya Qran Prisi

           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
 
       
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           
           

 

XƏBƏR LENTİ