Neftçi yeni mövsümün ilk oyununa çıxmaq istəmir

Sayta qoyulub: 11:04 28.07.2012 (388 dəfə oxunub)

Azərbaycan çempionu “Neftçi” Peşəkar Futbol Liqasına müraciət etməyə hazırlaşır. Paytaxt klubu bu qurumdan 2012/13 mövsümünün açılış turunun “Bakı” ilə oyununun təxirə salınmasını xahiş edəcək.
 
Qeyd edək ki, paytaxt klublarının dueli yeni mövsümün birinci turunda – gələn həftənin bazar günü baş tutmalıdı. Lakin “ağ-qaralar” avqustun 1-də və 8-də UEFA Çempionlar Liqasında taleyüklü oyunlara çıxacaq. Qitənin ən nüfuzlu klub turnirinin üçüncü təsnifat mərhələsində İsrailin “Hapoel” (Kiryat Şmona) klubu ilə mübarizə aparan Azərbaycan çempionu məhz bu qarşılaşmalardan üzüağ çıxmaq üçün “Bakı” ilə qarşılaşmanın başqa vaxta keçirilməsində maraqlıdı.
 
Qeyd edək ki, “Neftçi”nin “Hapoel”lə birinci oyunu avqustun 1-də İsrailin Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.


  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ