Müşkiyev erməni rəqiblə üz-üzə

Sayta qoyulub: 11:16 28.07.2012 (405 dəfə oxunub)

Bu gün London Olimpiadasının cüdo yarışlarına start verilir. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığmasının heyətində İlqar Müşkiyev də tatamiyə çıxanlar arasında olacaq. 60 kq çəki dərəcəsində qüvvəsini sınayacaq idmançımız ilk mərhələdən azaddır.

Müşkiyev yarışa 1/16 final mərhələsindən qoşulacaq. Onun ilk rəqibi saat 13:44-də başlayacaq Tobias Enqlmayer (Almaniya) - Ovanes Davtyan (Ermənistan) cütünün qalibi olacaq.

1/32 final mərhələsinin döyüşləri başa çatıb. Sonuncu dueldə erməni idmançı ippon və yuko fəndləri ilə almaniyalı rəqibini məğlub edib. Bununla da Müşkiyevin ilk rəqibi Davtyan olub. Döyüş Bakı vaxtı ilə saat 14:40-da başlayacaq.

Qeyd edək ki, Olimpiya Oyunlarında Azərbaycan 8 cüdoçu ilə təmsil olunur. Cüdo yarışlarında hər günün sonunda qalib müəyyənləşəcək.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ