Yovanovski karyerasının ilk çempionluğunu Bakıda qazandı

Sayta qoyulub: 13:13 28.07.2012 (134 dəfə oxunub)

Artıq ikinci dəfə Bakıda qadınlar arasında keçirilən WTA seriyalı turnirin final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, “Baku Cup 2012”-nin fınalında ABŞ təmsilçisi Culiya Kohen ilə Serbiya təmsilçisi Boyana Yovanovski üz-üzə gəlib.

 

Karyeraları ərzində ilk dəfə final oynayan hər iki tennisçi çempionluq şansını əldən verməmək üçün ciddi mübarizə aparırdılar. 48 dəqiqə davam edən ilk setdə hazırda dünya reytinqində 97-ci pillədə, Bakıda turnirin isə 5 nömrəli raketkası olan Yovanovski rəqibini 3-6 hesabı ilə məğlub etməyi bacardı.

 

İkinci setin əvvəllərində üstünlüyünü biraz da möhkəmlədən serbiyalı tennisçi hesabda 0-4 irəli çıxdı. Bundan sonra Culiya Kohenin matçda dönüş yaratmaq cəhdləri bir nəticə vermədi. Amerikalı tennisçi setin sonuna qədər cəmi 1 servis götürə bildi ki, bu də onu məğlubiyyətdən qurtarmadı.

 

Beləliklə, ikinci seti 1-6, matçı isə 0-2 hesabı ilə öndə bitirən Boyana Yovanovski "Baku Cup 2012" turnirində çempion oldu.

 

Qeyd edək ki, çempionluğa görə Boyana Yovanovski 280 reytinq xalı, 37 000 dollar da pul mükafatı qazandı. Finalda mğlub olan Culiya Kohen isə 200 reytinq xalı ilə yanaşı 19 000 dollar əldə etdi.

 

Əldə edilə reytinq xallarına görə növbəti reytinq siyahısında Yovanovski 97-ci pillədən 65-ci, Kohen isə 134-cü pillədən 94-cü pilləyə qədər irəliləyə bilər.

 

Matçdan sonra mükafatlandırma mərasimində qalibə mükafatını Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev təqdim etdi. Bundan başqa Tennis Federasiyasının baş katibi İlham Quliyev, turnirin direktoru, gürcüstanlı Leyla Mesxi mərasimdə çıxış edərək tennisçilərə gələcək karyeralarında uğrular dilədilər.

 

Finalda mübarizə aparan Yovanovski və Kohen də öz növbələrində Bakıda turnirin təşkilatçılığından razıə qaldıqlarını bildirməklə yanaşı turnirin sponsorlarına təşəkkürlərini bildirdilər. Qeyd edək ki, turnirin baş sponsorları Paşa Bank və SOCAR-dır.

XƏBƏR LENTİ