"Azəryol" İsveç klubuna uduzdu

Sayta qoyulub: 17:17 02.02.2018 (232 dəfə oxunub)

Qadın həndbolçular arasında keçirilən “Çelenc Cup”ın 1/8 final mərhələsinə start verilib. Bakının “Azəryol” klubu İsveç “Kristianstad”ı ilə ilk oyununu keçirib. Qarşılıqlı razılıq əsasında hər iki matçını Bakıda keçirəcək cütlüyün ilk dueli “ABU Arena”da baş tutub. Qarşılaşma gərgin mübarizə şəraitində keçib.

Doğma arenaya nominal qonaq qismində çıxan bakılılar matçın böyük hissəsini hesabda öndə olub. Lakin üstünlüyünü qoruya bilməyən Georgi Voronovun yetirmələri yekunda məğlubiyyətə üzülüb – 23:30.

 

Qeyd edək ki, “Azəryol”un “Kristianstad”la 2-ci oyunu da Bakıda keçirəcək. Qarşılaşma sabah baş tutacaq. Görüş saat 17:00-da başlayacaq.

 

“Çelenc Cup”

1/8 final

“Kristianstad” (İsveç) - “Azəryol” (Azərbaycan) – 30:23 (13:14)

Hakimlər: Marina Dupli, Alyona Kaverina (hər ikisi Ukrayna)

EHF nümayəndəsi: Kenan Gökmen (Türkiyə)

“ABU Arena”

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ