Superliqa: Təxirə salınmış oyunların vaxtı bilindi

Sayta qoyulub: 17:26 30.03.2018 (189 dəfə oxunub)

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təxirə salınan IX turun oyunlarının keçirilmə vaxtı açıqlanıb. III dövrəyə aprelin 2-də yekun vurulacaq.

İlk olaraq meydana “Lokomotiv”lə AVF çıxacaq. Bu matç saat 15:00-da başlayacaq. Ardınca “Abşeron” “Azərreyl”i sınağa çəkəcək. Voleybol Mərkəzində təşkil olunacaq görüşün start fiti saat 17:00-da veriləcək.

Qeyd edək ki, IX tur bu gün paytaxtdakı güclü küləyə görə təxirə salınmışdı.

XƏBƏR LENTİ