Voleybol üzrə 1-ci liqa başa çatdı

Sayta qoyulub: 10:40 04.04.2018 (258 dəfə oxunub)

Qadın voleybolçular arasında Azərbaycan çempionatının I liqasının oyunları başa çatıb. 4 ay davam edən yarışın qalibi adını “Baku Stars” komandası qazanıb.

 Azərbaycan millisinin sabiq oyunçuları Alla Həsənova, Yelena Parxomenko, Şəfəq Kərimovanın yer aldığı klub həlledici görüşdə “İqtisadçı”dan güclü olub. Onlar final matçında 3:2 hesabı ilə qələbə qazanmaqla, 2017/2018 mövsümünün çempionu adına yiyələniblər.

 Bürünc medal uğrunda görüşdə isə “Dəmiryolçu” “Azərreyl-2”ni məğlub edib. Debütant rəqibini 3:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, kişilər arasında I liqanın oyunları bu gün təşkil olunacaq.

XƏBƏR LENTİ