Voleybol üzrə 1-ci liqanın qalibi müəyyənləşdi

Sayta qoyulub: 21:25 04.04.2018 (177 dəfə oxunub)

Kişi voleybolçular arasında Azərbaycan çempionatının I liqasının oyunları başa çatıb. 10 komandanın iştirakı ilə 4 ay davam edən yarışın qalibi adını “Taleh” qazanıb.

Klub həlledici görüşdə “Bos Şelf”dən güclü olub. Onlar final matçında 3:0 hesabı ilə qələbə qazanmaqla, 2017/2018 mövsümünün çempionu adına yiyələniblər.

Bürünc medal uğrunda görüşdə isə ATU “Astoriya”nı məğlub edib – 3:1.

Qeyd edək ki, mükafatçıların yeni mövsümdə Yüksək Liqada oynaması planlaşdırılır.

XƏBƏR LENTİ