"Bakı" idman klubunun ilk nailiyyəti

Sayta qoyulub: 17:39 17.03.2012 (316 dəfə oxunub)

"Bakı" idman klubunun ilk nailiyyəti

Yeni yaradılan “Bakı” İdman Klubu ilk nailiyyətini qazanıb. Klubun samboçuları  Ziya Namazov və Cavidan Qarayev klubumuza ilk medalları gətirən idmançılar olub. Son Azərbaycan çempionatında iştirak edən hər iki idmançı nəticə verib.  

Birinci,  82 kq çəki dərəcəsində yarışın  bürünc medallarını qazanıb. Qeyd edək ki, Ziya Namazov dəfələrlə yeniyetmə və gənclər arasında respublika birincisi dünya və Avropa birinciliklərinin  qızıl və gümüş medallarını qazanıb. Cavidan Qarayev isə həmkarından fərqli olaraq ölkə birinciliyini ən yüksək yerdə- birinci pillədə başa vurub. Aktivində ölkə kubokununn qalibliyi də olan idmançımız ilk dəfə Respublika çempionu olub.

Xatırladaq ki, samboçularımız may ayında Moskvada keçiriləcək Avropa çempionatında da iştirak edəcək.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ