Azərbaycan Qran-prisi: Daniel Rikkardo ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib

Sayta qoyulub: 17:21 27.04.2018 (167 dəfə oxunub)

Avstriyanın “Red Bull” komandasının pilotu Daniel Rikkardo “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşdə ən yaxşı göstəriciyə imza atıb. Avstriyalı pilot 1 saat 43 dəqiqə 51 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, aprelin 28-də saat 14:00 - 15:00-da üçüncü sərbəst yürüş, 17:00 - 18:00-da isə sıralama turu olacaq. Ertəsi gün saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

Xatırladaq ki, Daniel Rikkardo 2017-ci il Azərbaycan Qran-prisinin qalibidir.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ