Həndbol millimizdə yeni legionerlər

Sayta qoyulub: 15:25 29.05.2018 (220 dəfə oxunub)

Həndbol millimizdə yeni legionerlər

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. “Çelenc Trofi” üçün müəyyənləşən siyahıda yeni simalar da yer alıblar.

Belə ki, komandamıza rəhbərlik edəcək Vladimir Korotki Bosniya və Herseqovinada keçiriləcək yarışa Tatyana Reutskaya və Anastasiya Obuxova kimi milliləşmiş əcnəbiləri də aparıb.

Komandamız ümumilikdə 2000-2001-ci il təvəllüdlü oyunçulardan qurulub. Korotki ev sahibləri, Böyük Britaniya və Lüksemburqla matçlarda Tatyana Reutskaya, Baniçiçək Cəfərli, Mehparə Əliyeva, Leyla İbrahimova, İnarə Rzayeva, Kamilə Bayramova, Günel Abdullayeva, Nigar Ağayeva, Leyla Yahyayeva, Yana Nəzərova, Anastasiya Obuxova və Lalə Hüseynovaya güvənəcək.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ