Milli Atçılıq Festivalı keçiriləcək

Sayta qoyulub: 08:21 30.05.2018 (219 dəfə oxunub)

Milli Atçılıq Festivalı keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlər davam edir. Azərbaycan Respublikası Atçılıq Federasiyası da Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festivalına start verəcək.  2-17 iyun tarixlərini əhatə edəcək Festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnirlər baş tutacaq. <o:p></o:p>

Əvvəlcə İyunun 2-si Binə Atçılıq Mərkəzində Cıdır üzrə “100 İllik Yubiley Kuboku” keçiriləcək. Kubok uğrunda 24 at və jokeyin iştirakı gözlənilir. Tədbiri izləyəcək qonaqlar, ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə parad izləmək imkanını da əldə edəcəklər. Cıdırın ümumi mükafat fondu 15 000 manatdır.

5, 6, 7 və 9 iyunda isə Çövkən Milli Atüstü Oyunu üzrə “100 İllik Yubiley Kuboku” turniri keçiriləcək. Turnirdə ümumilikdə 8 komanda iştirak edəcək. 5 və 6 iyun tarixlərində oynanılacaq təsnifat mərhələlərinin ardında 7 iyun tarixində yarımfinal oyunları təşkil olunacaq. 9 iyun tarixində isə 3-cülük uğrunda mübarizə və final oyunları ilə turnirə yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 50 000 manat təşkil edəcək.

Ardınca İyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri baş tutacaq. Elite Horse & Polo Club-un yaşıl arenasında keçiriləcək turnir 2 kateqoriyadan ibarət olacaq. Yarışların ümumi mükafat fondu 34 000 manat təşkil edəcək.

15-17 iyunda isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq 6-cı dəfə ölkəmizdə Arena Polo üzrə Dünya Kuboku yarışları keçiriləcəkdir. 3 gün davam edəcək turnirdə ümumilikdə 6 oyun olacaq. Azərbaycanı təmsil edən Milli Polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club” komandasının bu turnirə qatılması, yarışları azarkeşlərimiz üçün xüsusilə maraqlı edəcəkdir. Silsilə tədbirlərlə əlaqədar mayın 31-I saat 12-00 da Elite Horse & Polo Club-da mətbuat konfransı və ziyafət təşkil olunacaq. Konfransda Milli Atçılıq Festivalı ilə bağlı bütün məlumatlar geniş şəkildə ictimaiyyətə çatdırılacaqdır. Tədbirə bütün media nümayəndələri dəvətlidir

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ