D.Mateşiç: “Renault mühərriyi çox zəifdir”

Sayta qoyulub: 07:52 25.07.2018 (121 dəfə oxunub)

Red Bull şirkətinin sahibi Diter Mateşiç bildirib ki, Renault çox zəif mühərrik istehsal edir.

F-1.az xatırladır ki, Red Bull komandası 2007-ci ildən Renault mühərriklərindən istifadə edib və bu əsnada 4 dəfə Mühəndislər Kubokunda, 4 dəfə isə Sürücülər Çempionatında qalib olub.

Lakin Avstriya təmsilçisi gələn ildən etibarən Honda mühəriiklərindən istifadə etməyə başlayacaq. Əksəriyyət bunun böyük risk olduğunu düşünsə də, Mateşiç tam əksini düşünür: “Son illərdə Ferrari və Mercedes ilə mübarizə apara bildik. Amma bunu çox zəif mühərriklə etdik. Ferrari və Mercedes bilir ki, güclü mühərriklə onları geridə qoya bilərik. Buna görə də bizə mühərrik vermək istəmirlər. Honda isə Red Bull-un istəyinə uyğun mühərrik verəcək və onu şassiyə uyğunlaşdıra biləcəyik. Mühərriyi də təkmilləşdirəcəyik”.

XƏBƏR LENTİ