M.Ferstappen Fetteli müdafiə edib

Sayta qoyulub: 08:12 25.07.2018 (137 dəfə oxunub)

Red Bull komandasının sürücüsü Maks Ferstappen rəqibi Sebastyan Fetteli müdafiə edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü öz publikası önündə yarışın bitməsinə 15 dövrə qalmış 7 saniyə fərqlə lider getsə də, səhv edərək, baryerlərə çırpılıb və mübarizəni dayandırmalı olub.

Maks Ferstappen: “Hava şəraiti aldadıcı idi. Çox təcrübəli olsanız belə təkəri bir az kilidləsəniz, orada tras xaricinə uçarsınız. Çox çətin şəraitdə yarışırdıq. Belə şeylər labüddür. Bu, başqa sürücünün də başına gələ bilərdi”.

XƏBƏR LENTİ