► Astana-Mityulland 2-1

Sayta qoyulub: 09:12 25.07.2018 (241 dəfə oxunub)

 

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib. Azərbaycan yığmasının üzvü Riçard Almeydanın formasını geyindiyi Qazaxıstanın “Astana” doğma meydanda Danimarkanın “Midtyulland” komandası ilə qarşılaşıb. “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun baş məşqçisi olduğu "Astana" oyunda 2:1 hesablı qələbə qazanıb. Almeyda bu görüşün iştirakçısı olub. Qriqorçuk millimizin üzvünü 76-cı dəqiqədə meydana buraxıb. Riçard 81-ci dəqiqədə sarı vərəqə də alıb. “Qarabağ”ın digər sabiq futbolçusu Pedro Enrike də “Astana”nın start heyətində meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Bu komandalar arasında cavab görüşü avqustun 1-də Danimarkada keçiriləcək.

 

XƏBƏR LENTİ