"Kukesi" - "Qarabağ" oyunu canlı yayımlanacaq?

Sayta qoyulub: 11:21 25.07.2018 (171 dəfə oxunub)

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Kukesi” klubu ilə üz-üzə gələcək “Qarabağ” ilk oyununu sabah səfərdə keçirəcək. Qarşılaşma böyük ehtimalla, Azərbaycan telekanallarından yayımlanmayacaq. Belə olan vəziyyətdə oyunun yayımını "Qarabağ" klubu təşkil edəcək. Matçın "Dailymotion" və ya "YouTube"dan canlı yayımı təşkil olunacaq. Sözügedən oyun sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq.

XƏBƏR LENTİ